Accessibility links

Apellyasiya məhkəməsi Səccad Şəhirinin həbs cəzasını qüvvədə saxlayıb


Səccad Şəhiri
Səccad Şəhiri

Güneyli milli fəal Səccad Şəhirinin 6 aylıq həbs cəzası Apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Sulduzun ikinci Cinayət Məhkəməsinin 103-cü şöbəsinin milli fəal Səccad Şəhiriyə çıxardığı 6 aylıq həbs cəzası vilayət Apellyasiya məhkəməsinin 1-ci şöbəsi tərəfindən qüvvədə saxlanılıb.

Milli fəal Sulduzun cinayət məhkəməsinin 103-cü şöbəsinin sədri olan hakim Əmir Kiyumərsi tərəfindən ona qarşı irəli sürülən "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı əsasında 6 ay həbs cəzasına məhkum edilmişdi.

Son günlərdə Şəhirinin vəkili Əsgər Məhəmmədiyə göndərilən məhkəmə bildirişinə görə, bu hökm Qərbi Azərbaycan Apellyasiya məhkəməsinin 1-ci şöbəsi tərəfindən qüvvədə saxlanılıb.

Milli fəal ona qarşı irəli sürülən "GAMAC adlı qanunsuz təşkilata üzv olmaq" ittihamı ilə əlaqədar bəraət hökmü almışdı.

Səccad Şəhiri keçən ilin yanvar ayının 16-da İran hökumətinin kəşfiyyat agentləri tərəfindən həbs edilib.

Milli fəal həmin ilin mart ayının 2-də Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülərək, martın 18-də 500 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Səccad Şəhiri daha əvvəl dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, 2018-ci ilin iyul ayının 20-də Babək Qalası tədbirləri zamanı onlarla milli fəal ilə birlikdə həbs edilmiş və daha sonra sərbəst buraxılmışdı.

XS
SM
MD
LG