Accessibility links

Apelyasiya Məhkəməsi Cabbar Savalanlı barədə həbs hökmünü qüvvədə saxlayıb


Apelyasiya Məhkəməsi Cabbar Savalanlı barədə həbs hökmünü qüvvədə saxlayıb
Apelyasiya Məhkəməsi Cabbar Savalanlı barədə həbs hökmünü qüvvədə saxlayıb

Vəkil Anar Qasımovun fikrincə, məhkəmə işə qeyri-obyektiv baxıb. “Qərardan Ali Məhkəməyə və daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək”.

Sumqayıt Apelyasiya Məhkəməsi müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc fəalı Cabbar Savalanlının apelyasiya şikayətinə baxıb. Məhkəmə gənc blogerin həbsdə saxlanması barədə hökmü qüvvədə saxlayıb.
Cabbar Savalanlı mayın 4-də qanunsuz narkotik maddə saxlamaq ittihamı ilə 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Cənab Savalanlı məhkəmədə deyib ki, “mübarizə mənim həyat tərzimdir. Azərbaycan həbsxana kimi bir yerdir. Mən onsuz da daxilən azadam”.
Vəkil Anar Qasımovun fikrincə, məhkəmə işə qeyri-obyektiv baxıb. “Qərardan Ali Məhkəməyə və daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək”.
Cabbar Savalanlı fevralın 5-də Sumqayıtda həbs edilib. Demokratik ictimaiyyət onun həbsinin əsl səbəbi müxalifətin etiraz aksiyalarında və sosial şəbəkələrdə fəal iştirakında görür.

XS
SM
MD
LG