Apple hələ də yenilik edə bilirmi?
Dünyanın ən qazanclı şirkəti ötən həftə dəyər itirib. Kaliforniyada qərargahlanan Apple şirkəti 13 ildə ilk dəfə olaraq iPhone satışlarında azalmanın qeydə alındığını bildirib. Apple-ın baş icraçı direktoru Tim Kuk Apple-ın gəlirlərinin azalmasına səbəb olaraq Çin iqtisadiyyatını göstərir. Lakin təhlilçilər digər amillərin rol oynadığını deyir. Buna smartfon bazarındakı dolğunluq və yeni məhsulların qıtlığı daxildir. Bu hal yarım trilyon dollar dəyəri olan bir şirkət üçün dünyanın sonu olmasa da, investorlar üçün narahatedicidir, çünki onlar şirkətin qazanclı günlərinin geridə qaldığına inanır.
Episodes
-
Aprel 14, 2021
"Hakimiyyət AXCP üzvlərinə qarşı aqressiv yanaşır"
-
Aprel 14, 2021
Gələcək Şəhər Müsabiqəsinin 2021-ci il qalibləri elan edilib
-
Aprel 13, 2021
Dünyaya Baxış - 13 aprel 2021
-
Aprel 13, 2021
"İlham Əliyevin istefasını tələb edirəm"
-
Aprel 13, 2021
"Gəncə işi" üzrə növbəti məhkəmə prosesi keçirilib