Accessibility links

Apple ətraf mühit layihələrinə 1 milyard dollar ayırıb


Apple şirkəti təmiz enerji və ətraf mühit layihələrə ünvanlanacaq 1 milyard dollarlıq maliyyə öhdəliyi elan edib. Bu, prezident Donald Trampın ABŞ-ın Paris İqlim Sazişindən çıxması qərarından sonra korporasiyalar tərəfindən təklif edilən ilk yaşıl öhdəlik təşəbbüsüdür.

Apple artıq bir il öncə Pariq razılaşmasından ilhamlanaraq, ekoloji dayanıqlı layihələrə sərf etmək üçün 1.5 milyardlıq maliyyə öhdəliyini götürmüşdü. Bu təşəbbüs ABŞ korporasiyaları arasında ən böyük yaşıl öhdəlikdir.

Şirkətdən bildiriblər ki, bu təşəbbüs özəl sektorun 194 ölkə arasında əldə edilən İqlim Sazişinə sadiqliyinin nümayişidir.

“İqlim dəyişikliyi təhlükəsi ilə mübarizədə biznez icmasının təşəbbüskarlığı çox vacibdir.”

“İqlim dəyişikliyi təhlükəsi ilə mübarizədə biznez icmasının təşəbbüskarlığı çox vacibdir.” Bu sözləri Apple şirkətinin ətraf mühit və sosial təşəbbüslər üzrə vitse-prezidenti Liza Cekson deyib.

Apple-in baş direktoru Tim Kuk Donald Trampa beynəlxalq iqlim sazişindən çıxmamasına dair çağırış edən biznes liderinlərdən biri idi.

Texnoloji nəhəngin yaşıl öhdəliyi nəticəsində əldə edilən gəlirlər Apple və təchizatçı şirkətlərin yeniləbilən enerji, enerji səmərəliliyi və təhlükəsiz materialların istehsalı layihələrinə sərf ediləcək.

Bu təşəbbüsləri təşviq edən İqlim Öhdəlikləri Təşəbbüsü təşkilatı bildirir ki, 2016-cı ildə elan edilən yaşıl öhdəliklərin ümumi cəmi 81 milyard dollar təşkil etmişdi. Bu isə 2015-ci ilin göstəricisindən iki dəfə artıq idi.

Hökümətlər də öz növbələrində yaşıl öhdəliklər təşəbbüsləri irəli sürərərək, beynəlxalq razılaşmaya əsasən qlobal temperatunun iki selsi aşağı salınmasına nail olmağa çalışırlar.

XS
SM
MD
LG