Rəqəmsal video-kameralar və redaktə edilən kompyuter proqramları insanlara yaxşı bir hekayə üzrində film çəkməyə imkan verir. Apple iPhone-la çəkilmiş tam metrajlı “Madarin” filmi keçən il kino tənqidçilərinin müzakirəsinə səbəb oldu. Biz az da bu filmdən ilham alan sabiq futbolçu və onun dostları bu yaxınlarda gecə vaxtı Los-Anceles ətrafında limuzinlə gəzərək, iPhon-larla film çəkib.
“9 Rides” adlı depressiv film özünə qapanmış limuzin sürücüsündən və gecənin qaranlığında onunla birlikdə olan insanlardan danışır. “Biz səhərə yaxın, 4-5 radələrində çəkirdik, ətrafda heç kəs olmurdu, Bu sakitlik filmi daha da maraqlı edirdi” deyə, filmin direktoru bildirir.
Büdcəsi az olduğuna görə filmin direktoru Mətyu Çerri montajları Apple 6-nın 4K sistemində və nəqliyyatda qənaət etmək qərarına gəlir. “Biz 405-ci sürətli yolla saatda 100-ə yaxın km sürətlə gedirdik və avtomobilin üzərinə yerləşdirdiyimiz iPhonlar düşmürdü.”
Daha geniş görüntü əldə etmək üçün isə o, əhatəli linzadan istifadə edib. Ona lazım olan hər şeyin çəkilməsi üçün rejissor İPhonları lazımi mövqelərə yerləşdirmişdi. “Biz avtomobilin qarşına iki iPhon yerləşdirmişdik, onlardan biri kapotun sağ, digəri isə sol tərəfində idi. Beləliklə, yaranan çərçivədə sürücünü görmək olurdu."
Filmin rejissoru Cerom Kaldvil mobil telefonla çəkilmiş filmin satışının çətin olduğunu deyir. “Onlar bizim adi insanlar kimi mobil telefonları qaldıraraq, istədiyimizi çəkdiyimizi düşünür. Lakin sonradan “bu iPhon-lamı çəkilib” sualını verir.”
Bu dramatik film üçün Çerri çox sayda videodan və avtomobildəki insanlardan istifadə edib. “Mənim fikrimcə burada real dialoq və real hadisələr cərəyan edir.”
Öz sənətindən əl çəkən peşəkar futbolçu Mətyu Çerri gələcəkdə də “9 Rides” filmi kimi filmlər çəkmək ümidindədir.