Accessibility links

Apple köhnə iPhone-ların sürətinin zəiflədiyi üçün üzr istəyib


Apple özünün köhnə iPhone telefonlarının işləmə sürətinin azalması üçün üzr istəyib.

Cümə axşamı Apple öz veb səhifəsində yaydığı bəyanatda bildirib ki, şirkət heç bir məhsulunun çalışma müddətini və ya müştərilərin yeni məhsullar alması üçün cihazların sürətini azaldılmasını qəsdən etməz.

Bu həftənin əvvəli özəl laboratoriya iPhone 6 və iPhone 7 telefonlarının işləndikcə sürətinin zəifləməsi haqqında məlumatlar təqdim edəndən sonra Apple şirkəti müəyyən müddət işlədildikdən sonra batereyalarının həyatı qısalan telefonların sürətinin azaltdığını etiraf edib.

Apple deyir ki, şirkət müştərilərin inamını geri qaytarmaq üçün əlindən gələni edəcək. Bu addımlardan biri iPhone 6 modellərinin betareyalarının əvəzlənməsinin məsrəfinin azaldılmasıdır.

XS
SM
MD
LG