Accessibility links

Apple qol saatları istifadəyə buraxılacaq


ABŞ texnologiya nəhəngi Apple uzun müddətdir gözlənilən qol saatlarını istifadəyə buraxır.

Apple saatı şirkətin baş icraçı direktoru Tim Kukun rəhbərliyi altında istifadəyə buraxılan ilk məhsuldur. Tim Kuk 2011-ci ildə şirkətin təsisçisi Stiv Jobsun ölümündən bir neçə həftə əvvəl bu vəzifənin icrasına başlayıb.

Tim Kuk iPhone telefonlarının iki yeni variantının istifadəyə buraxıldığını elan etdikdən sonra yeni məhsulu təqdim edib.

Yeni qol saatına xəritədə yerlərin göstərilməsi, sağlamlıq və idmanın monitorinqi, mehmanxana qapılarının açılması kimi bir sıra funksiyalar əlavə edilib. Bu saatlar gələn ilin əvvəlindən başlayaraq satışa çıxarılıacaq.

iPhone 6 və 6 Plus isə daha geniş ekrana malikdir, telefonların batareyaları da daha uzun müddət üçün nəzərdə tutulub.Tim Kuk yeni telefonların istehsala buraxılmasını 2007-ci ildən məhsulları bütün dünyada populyarlıq qazanmış Apple şirkətinin istehsal tarixində ən böyük irəliləyiş adlandırıb.

Apple saat və iPhone telefonlarından başqa istifadə haqqını ödəmək üçün yeni xidmətlər təqdim edir.

Apple Pay adlı xidmət növü istifadəçilərə ödənişləri kredit kartı ilə deyil, telefon vasitəsilə ilə etmək imkanı verir. Bank kartları haqda informasiya hər kəsin telefonunda etibarlı şəkildə qeyd ediləcək.

Cənubi Koreyanın Samsung telefonları dünyada istifadəçilərin sayına görə birinci yerdədir və Apple telefonlarından daha çoxsatılır. Lakin ABŞ-ın Apple şirkəti dünyada ən qabaqcıl şirkətlərlərdən biri olmağa davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG