Accessibility links

Apple smartfondan məhdud istifadəyə imkan yaradır [Video]


Apple smartfondan məhdud istifadəyə imkan yaradır
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Apple smartfondan məhdud istifadəyə imkan yaradır

İphoneda telefonlarda istifadə olunan vaxta nəzarət etmək üçün Screen Time adlı applikasiya istifadə ediləcək. Apple şirkətinin proqramlar üzrə meneceri Kreyq Federikinin sözlərinə görə, “Narahat etmə” funksiyası da istifadəçiyə kiberməkandan uzaqlaşmağına imkan yaradacaq.

“Bu çox detallarıdır. Sən gün ərzində telefonda nə qədər, ən çox hansı applikasiyalarda vaxt sərf etdiyin haqqında ətraflı informasiya əldə edirsən.” - deyə, Kreyq bildirib.

Gartner adlı araşdırma şirkətinin nümayədəsi Brayn Blaun bildirib ki, Apple şirkətinin bu addımı getdikcə daha çox rəqəmsallaşan dünya üçün gözəl təşəbbüsdür.

“Bu deməkdir ki, Apple insanlarda öz smartfonlarına və mobil texnologiyaya qarşı asılılıq yarandığını qəbul edir." - deyə, Bryan qeyd edib.

Valideynlər də uşaqlarının İnstagram kimi applikasiyalara sərf etdikləri vaxtı məhdudlaşdıra biləcəklər.

Ancaq Apple şirkəti istifadəçilərini xoşbəxt saxlamaq üçün kiçik əlavələr də edib. Buna sənədlərə selfi fotonusunu əlavə etmək və ya 32 nəfərlə eyni anda FaceTime konfrans edə bilmək kimi yeniliklər daxildir.

Siz həmçinin eyni applikasiyada istifadə edərək digər insanlarla birbaşa danışıq funksiyasından yararlana bilərsiz.

Bundan əlavə telefonunuz vasitəsilə müxtəlif əşya və cisimlərin ölçüsünü də ölçmək mümkün olacaq.

Yeni proqram təminəti bu ilin payız ayında istifadəyə veriləcək və Apple-ın İphone 6-dan başlayaraq bütün cihazlarında istifadə etmək mümkün olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG