Accessibility links

Apple şirkəti yeni iPhone modellərini 12 sentyabr tarixində təqdim edəcək


Apple 12 sentyabr tarixində şirkətin Kupertino şəhərində yerləşən qərargahında tədbir keçirəcəyini elan edib. Stiv Cobsun adını daşıyan teatrda keçiriləcək tədbirdə yeni iPhone modellərinin təqdim ediləcəyi gözlənilir.

Təhlilçilər Apple şirkətinin bu il üç yeni smatrfon modellərini təqdim edəcəyini deyirlər. Həmin modellərin birinin displeyinin əvvəlki modellərdən daha böyük olacağı gözlənilir. Təhlilçilər onu da əlavə edirlər ki, şirkətin təqdim edəcəyi iPhone X modelinə bənzər tam displeyli smatfonlarından biri daha ucuz LCD ekranı ilə təchiz ediləcək.

Apple smartfonlarının yeni flaqman modeli iPhone XS adlanacaq. Bununla bərabər, gözlənilir ki, şirkət Apple Watch saatlarının daha böyük ekranlı modellərini də təqdim edəcək.

Bu elandan sonra Apple şirkətinin səhmlərini dəyəri 2.2 faiz artaraq, tarixinin ən yüksək səviyyəsinə, bir səhmə görə 227.97 dollar dəyərinə qalxıb.

Apple şirkəti uzun illər ərzində yeni smtarfon modellərini və digər məhsullarını məhz sentyabr ayında təqdim edib. Bir qayda olaraq, təqdimatdan bir neçə həftə sonra, bayram alış-verişi mövsümündə yeni modellər artıq satışda olur.

Keçən il təqdim edilən və başlanğıc qiyməti 999 ABŞ dollara olan iPhone X təhlilçilərin gözləntilərindən daha uğurlu nəticələr əldə edib.

XS
SM
MD
LG