Accessibility links

Aprelin 12-nə aksiya elan edilib – yenə Fəvvarələr meydanı


"Gənclərdən əıini çək!" Facebook qrupu
"Gənclərdən əıini çək!" Facebook qrupu

Aksiya “Gənclərdən əlini çək!” şüarı ilə keçiriləcək

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin Facebook sosial şəbəkəsində yaratdığı qrup aprelin 12-də saat 18:00-da Bakıda Fəvvarələr Meydanına “Gənclərdən əlini çək” şüarı ilə aksiya təyin edib.

Q.Zahid bildirib ki, diktatura gənclərə qarşı xüsusi amansızlıq siyasətinə başlayıb.

“Bu, ölməkdə olan rejimin son çırpıntılarıdır və bu mərhələnin ağrısız ötüşməsi üçün ölkə ictimaiyyəti həmrəylik nümayiş etdirməlidir. “Əsgər ölümlərinə son!” aksiyalarının iştirakçılarına divan tutan rejim ən yaxın keçmişin və ən yaxın gələcəyin əsgərlərinə divan tutmaqla bu etirazları söndürmək istəyir. Rejimi rədd etmək üçün gəncliyi xilas etmək əsas hədəflərdəndirsə, gəncliyin qurtuluşunun tək yolu da birləşmək və nəhəng bir gücə çevrilməkdən keçir”, o yazıb.

O, gənclərə qarşı repressiyalara son qoyulması naminə 12 aprelin həmrəylik günü elan olunmasını təklif edib.

Q.Zahid 2 il əvvəl Azərbaycanı tərk edib. Onun ailə üzvləri Fransada siyasi mühacirdir.
XS
SM
MD
LG