Accessibility links

Ağ Ev İranın İsrailin Qolan təpəliklərinə hücumunu qınayıb


Ağ Ev İranın İsrailin Qolan təpəliklərinə hücumunu qınayaraq, bunun Yaxın Şərq üçün qəbuledilməz və təhlükəli olduğunu bəyan edib.

Ağ Evin bəyanatında deyilir ki, İranın İslam İnqilabı Qvardiyası raket hücumlarının nəticələrinin məsuliyyətini daşıyır. Sənəddə qvardiya təhrikedici gələcək addımlara yol verilməməsinə çağırılır.

Suriyada İranla İsrail arasında ciddi qarşıdurma baş verir.

İsrail Suriyada 50-dən İran hədəfinə qarşı şiddətli hücum həyata keçirib. İsrail ordusu bildirib ki, Hava Qüvvələri İran qüvvələrinin istifadə etdiyi silah-sursat anbarları, müdafiə mövqeləri və kəşfiyyat mərkəzlərini vurub.

İsrailin döyüş təyyarələrinə hücum zamanı raketlər həmçinin Suriyanın bir neçə hava müdafiə sistemini də dağıdıb.

İsrail İran qüvvələrinin Qolan yüksəkliklərindəki mövqelərinə 20 raket atdığını biləndən sonra havadan hücum həyata keçirib.

XS
SM
MD
LG