Accessibility links

Ağdamın işğalından 26 il ötür


Bu gün, iyulun 23-ü Azərbaycanın Ağdam rayonunu Ermənistan Silahlı Qüvvələrinin işğal etməsinin 26 ili tamam olur.

Ağdamın müdafiəsində ümumilikdə 5,000-dən çox insanın həlak olduğu bildirilir.

Hazırda rayonun Ağdam şəhəri də daxil olmaqla, 80 faizə yaxını işğal altındadır. Ağdam şəhərinin işğalından sonra rayon mərkəzi Quzanlı qəsəbəsinə köçürülüb. Bu qəsəbə işğal edilməyib.

Ağdamın müdafiəsində ümumilikdə 5,000-dən çox insanın həlak olduğu təxmin edilir.

İşğal olunmuş ərazilərdə tarixi abidələrin, qəbiristanlıqların, yaşayış obyektlərinin, xəstəxanaların, kitabxanaların, məktəblərin, idarə və müəssisələrin sıradan çıxarıldığı bildirilir.

Ağdamın işğalından bir ay öncə-iyunun 4-də Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi altında hərbi hissə hökumətə itaətsizliyini bildirmişdi. O, prezident, spiker və baş nazirin istefasını tələb edirdi. Bundan iki həftə sonra da prezident Əbülfəz Elçibəy Bakını tərk edərək doğulduğu Kələki kəndinə getmişdi.

İyunun 15-i prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev də Azərbaycan parlamentinin rəhbəri seçilmişdi. İyunun 24-də isə parlamentin qərarı ilə prezidentlik səlahiyyəti Əliyevə verilmişdi. Daha sonra avqustun 29-da prezident Elçibəyə etimadla bağlı referendum da keçirildi. Referendumun rəsmi nəticəsinə görə, çoxluq ona etimadsızlığını ifadə etmişdi

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

(C) AzadlıqRadiosu

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG