Accessibility links

Tarlada zəhərlənmələrin səbəbi və həll yolları - ekspert rəyləri [Audio-müsahibə]


İyun ayında pambıq tarlalarında çoxsaylı insan zəhərlənib

Yevlaxda 25 nəfər zəhərlənıb

İyunun 20-də Yevlax Şəhər Xəstəxanasına 25 nəfər halsızlıq, qusma əlamətlərilə müraciət edib. Bu barədə Azərbaycan Tibbi Sığorta Agentliyinin mətbuat xidməti bildirib.

Pambıq sahəsi
Pambıq sahəsi

Belə ki, iyunun 20-də Yevlax rayonunda (Bakıdan 295 kilometr qərb) Hacımahmudlu kəndi ərazisində yerləşən pambıq sahəsində işləyən yerli və qonşu Murallı kəndinin sakinləri zəhərlənib.

Mətbuat xidmətinin məlumatına görə, 25 nəfərdən 2-si iyunun 20-də evə buraxılıb.

“Qalan 23 nəfər xəstəxananın terapiya şöbəsinə yerləşdirilib, müalicələri davam edir. Əgər sağlıq vəziyyətləri sabit qalsa iyunun 22-də evlərinə buraxılacaqlar”.

4 zəhərlənmə hadisəsi və cinayət işi

Xatırladaq ki, son bir neçə gündə ölkənin müxtəlif rayonlarında pambıq tarlalarında işləyən insanlar arasında 4 zəhərlənmə hadisəsi baş verib.

İyunun 10-da Saatlı rayonunun Simadakənd kəndi ərazisində 24 nəfər, iyunun 17-də Tərtər rayonunun Seydimli kəndində 14 nəfər xəstəxanaya müraciət edib. İyunun 19-da isə İmişli rayonunda 140 nəfərdən çox insan xəstəxanaya müraciət edib.

Saatlı rayonunda baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.

Cinayət işi

Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Sonrakı zəhərlənmələrlə də əlaqədar oxşar cinayət işlərinin açıldığı deyilir.

Yeni nəzarət mexanizmləri tətbiq olunacaq

Camal Quliyev
Camal Quliyev

Baş vermis zəhərlənmə halları ilə bağlı Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev vəzifəsindən azad edilib.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev APA agentliyinə bildirib ki, agentlik pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin ölkəyə idxalına nəzarəti gücləndirəcək.

Onun sözlərinə görə, 1 iyul 2018-ci il tarixindən idxal-ixrac əməliyyatları sahəsində, o cümlədən pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalında yeni nəzarət mexanizmləri tətbiq olunacaq.

Vahid Məhərrəmli: Zəhərli maddələrdən həddindən artıq doza ilə istifadə edilib

Vahid Məhərrəmli: Zəhərli maddələrdən həddindən artıq doza ilə istifadə edilib
please wait

No media source currently available

0:00 0:07:31 0:00

“Aqrar İslahatlara Dəstək” İctimai Birliyinin rəhbəri, kənd təssərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Amerikanın Səsinə müsahibəsində bildirib ki, son günlər baş verən kütləvi zəhərlənmələrin əsas səbəbi istifadə olunan zəhərli maddələrin həddindən artıq doza ilə istifadə olunmasıdır.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

“Pestisidlər (Kənd təsərrüfatında zərərverici həşəratlarla və bitki xəstəlikləri ilə mübarizədə tətbiq olunan kimyəvi vasitə-red) təlimata uyğun yox, ondan istifadə edənlərin düşüncəsinə uyğun istifadə olunub. İkincisi son dövrlər ölkəyə aşağı keyfiyyətli, vaxtı keçmiş pestisidlər gətirilib. Biz fiksə etmişdik, hətta müddəti dörd il qabaq bitmiş herbisidlər (alaq otlarını məhv etmək üçün tətbiq olunan kimyəvi maddələr-red) gətirib əkin sahələrinə vermişdilər. Bu həm də digər maddələrin ölkəyə idxalı ilə bağlı problemlərdir”, o qeyd edib.

Ekspert heasab edir ki, ölkədə zəhərli maddələrdən istifadə ilə bağlı nəzarət sisitemi təşkil edilməyib.

“Əgər nəzarət sistemi təşkil olunsa idi, vaxtı keçmiş zəhərli kimyəvi maddələr ölkəyə gətirilməzdi. İkincisi isə həmin maddələrin tətbiqi zamanı əhali arasında, o cümlədən tarlada işləyənlər arasında maarifləndirmə işləri aparılmalı idi”.

Məhərrəmli deyir ki, əksər ölkələr ziyanvericilərə qarşı bioloji metodlarla mübarizə aparır.

“Sovet dövründə zəhərli maddələr təyyarələr vasitəsi ilə səpilirdi. Ötən əsrin 80-ci illərində tarlalarda “pamdıq sovkaları” deyilən ziyanvericilərə qarşı təyyarələr vasitəsi ilə zəhərli maddələrə səpildi. Ancaq, bu vasitə ilə həmin ziyanvericiləri məhv etmək mümkün olmadı. Sovet rəhbərliyi əhalinin təhlükəsizliyini nəzərə alaraq dozadan artlıq zəhərli kimyəvi maddə səpilməsinə icazə vermədi. Bu səbəbdən də “pambıq sovkaları”na qarşı mübarizə mexaniki yolla aparılmağa başanıldı”, ekspert qeyd edib.

Pambıqçılıq sahəsində işləyən bütün insanlarla müqavilə bağlanmalı və onların həyatı sığorta olunmalıdır. Bu halda sahibkar məsuliyyət hiss edəcək və təlimatları pozmayacaq.

O hesab edir ki, zəhərli maddələrdən həddən artıq dozada istifadə edilməsi yalnız insanlar üçün təhlükə deyil.

“Bu bütün canlılar üşün təhlükəlidir. Kəndlərdə saxlanılan ev heyvanlarına da ciddi təhlükədir. Həm də görünməyən tərəfi odur ki, torpaqdakı faydalı mikroorqanizmləri də məhv edir. Faydalı mikroorqanizmlərin məhvi isə torpaqların deqrordasiyasına səbəb olur”.

Ekspertin fikrincə, vəziyyətdən çıxış üçün ölkəyə gətirilən zəhərli kimyəvi maddələrin laboratoriya şəraitində tərkibi öyrənilməlidir.

“Ölkəyə vaxtı keçmiş kimyəvi zəhərli maddələrin gətirilməsi cinayət əməlidir. Bu insanlar barəsində cinayət işi qaldırlmalıdır ki, gələcəkdə bu hallar təktrar olunmasın. Həmin maddələrin keyfiyyəti ilə bağlı sənəd verilmədlir. Bundan sonra onun normativə uyğun istifadəsi üçün təlimat olmalıdır. Həmin dərmanları istifadə edənlərin, tarlada işləyənlərin hamısının texniki təhlükəsizliyi təmin edilməlidir. Pambıqçılıq sahəsində işləyən bütün insanlarla müqavilə bağlanmalı və onların həyatı sığorta olunmalıdır. Bu halda sahibkar məsuliyyət hiss edəcək və təlimatları pozmayacaq”, o qeyd edib.

Qubad İbadoğlu: Dövlət orqanlarının prosesi dayandıra bilməməsi təəccüb yaradır

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisad elmləri doktoru Qubad İbadoğlu bildirir ki, Azərbaycanın səriştəsiz və təcrübəsiz fermerlərinin, rüşvətxor dövlət orqanlarının "nəzarəti" altında istifadə etdiyi zəhərli maddələrə görə pambıq sahələrində demək olar ki, hər gün zəhərlənmə halları baş verir. Belə ki, son 10 gündə yalnız 4 rayondan 300 nəfərə yaxın pambıqçı sahələrdə istifadə olunan zəhərli kimyəvi maddələrin yanaşı təsirlərinə görə xəstəxanalara yerləşdirilib.

Hazırlıqsız və səriştəsizlik, bacarıqsızlıq nəticəsində kəndlilərin həyatına təhlükə yaranır.

“İnsanların həyatına təhlükə yaradan bu halların kütləviləşməsi və coğrafiyasının genişlənməsi necə təəssüf doğurursa, müvafiq dövlət orqanlarının bu prosesə nəzarət edib, onu dayandıra bilməməsi də təəccüb yaradır. Bu halda zəhərlənmə hallarının davam edəcəyi şübhə doğurmur. Çünki, bu işə cəlb olunanların əməyinin təhlükəsizliyi təmin olunmur, onlar lazımı vasitələrlə təchiz edilmir, eləcə də zəruri məlumatlar əldə etmir. Odur ki, hazırlıqsız və səriştəsizlik, bacarıqsızlıq nəticəsində kəndlilərin həyatına təhlükə yaranır”, İbadoğlu facebook səhifəsində yazır.

Vüqar Bayramov: Zəhərli maddələri kimlərin idxal etdiyi araşdırılmalıdır

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, pambıq sahələrində zəhərli maddələrdən istifadə edilməsinin, həmin dərmanların ölkəyə necə idxal olunmasının və ən əsası bunu kimlərinin etdiyinin araşdırılmasına ehtiyac var.

“Bu sadəcə hüquqi məsələ deyil, həmçinin belə hallar gələcəkdə ənənəvi aqrar məhsulların istehsalına marağı azalda bilər”.

Ekspertin fikrincə, aqrar sektorda intensiv metodlardan istifadə edilməsi vacibdir.

Hazırda dünyanın, demək olar, heç bir ölkəsində pambıqçılıqda əl əməyindən istifadə edilmir.

“Hazırda dünyanın, demək olar, heç bir ölkəsində pambıqçılıqda əl əməyindən istifadə edilmir. Ən azı ona görə ki, bu halda pambığın maya dəyəri daha yüksək olur və bazarda rəqabət aparmaq imkaları məhdudlaşır. Bizdə də pambıq yığımının texnolojiləşməsinə ehtiyac var”.

O ümid edir ki, Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi dəfələrlə gündəmə gətirdiyi innovativ istehsal strategiyası, elektron ixrac xəritəsi kimi müasir yanaşmalardan istifadə edəcək.

“Ən əsası, aqrar lizinq xidmətlərində şəffaflığın gücləndirilməsinə ehtiyac var ki, fermerlərin texnikaya çıxış imkanları genişlənsin. Güman edirik ki, son faktlar kənd təsərrüfatında idarəetmənin tamamilə yeniləşməsi üçün də bir əsas olacaq”, Bayramov facebook səhifəsində yazıb.

Məhəmməd Talıblı: Əvvəllər geni dəyişdirilmiş məhsulları bizə yedirtdilər

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

İqtisadçı alim Məhəmməd Talıblı hesab edir ki, İmişlidə pambıq tarlasında zəhərlənmələr yeni hadisə deyil.

“Əvvəllər geni dəyişdirilmiş məhsullar yetişdirib bizlərə yedirtdilər. Mineral kübrələrin miqdardan artıq istifadə hesabına vaxtından əvvəl bostan məhsullarının istehsalına göz yumdular. Bunlar xüsusilə ağır xəstəliklərin sürətlə artmasına səbəb oldu”, o facebook səhifəsində yazır .

XS
SM
MD
LG