Accessibility links

2013-cü ildə Azərbaycanda aqroenerji kompleksinin tikintisi planlaşdırılır


Külər elektrik stansiyası
Külər elektrik stansiyası

Gücü 16 meqavatt olan hibrid elektrik stansiyalarında külək, günəş və istilik mənbələrinin enerjisindən istifadə olunacaq

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı çərçivəsində Samux aqroenerji kompleksinin tikintisi layihəsinin texniki-iqtisadi əsaslandırılmasına hazırlıq gedir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin nümayəndəsi Cəmil Məlikov deyib.

"Kompleks çərçivəsində ümumi gücü 16 meqavatt olan hibrid elektrik stansiyalarının yaradılması nəzərdə tutulur. O cümlədən burada küləyin, günəşin və istilik mənbələrinin enerjisindən istifadə nəzərdə tutulub", - Məlikov bildirib.

Onun sözlərinə görə, bu kompleksdə alınan elektrik enerjisi kənd təsərrüfatının ehtiyaclarının, o cümlədən istixanaların təchizatının təmininə yönəldiləcək.

Məlikov bildirib ki, artıq 2013-cü ildə kompleksin tikintisi işlərinə başlana bilər.

Sənaye elektrik stansiyası bioqazla işləyəcək. Bu obyektin iki il sonra işə salınacağı gözlənilir. Stansiyanın yaxınlığında onu lazımlı bioloji xammalla təmin edən böyük heyvandarlıq kompleksi yaradılacaq.

Məlikov vurğulayıb ki, ölkənin regionlarında alternativ enerji mənbələrinin inkişafı çərçivəsində yeni elektrik stansiyalarının tikintisi planlaşdırılır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG