BMT-Ərəb Liqasının Suriya üzrə elçisi həmin ölkədə davam edən zorakılıqların qarşısının alınması səyləri çərçivəsində Dəməşqə göndərilib.
Laxdar Brahiminin sözçüsü onun Suriyaya bu gün çatdığını və hökumət rəsmiləri, müxalifət üzvləri və vətəndaş cəmiyyətlərinin üzvləri ilə görüşəcəyini bildirib. Lakin sözçü açıqlamada elçinin prezident Bəşar əl-Əsədlə görüşüb-görüşməyəcəyi barədə heç nə deməyib.
Bu həftənin əvvəlində BMT baş katibi Ban Ki Mun cənab Brahiminin Suriya prezidenti ilə yaxın zamanda görüşəcəyini demişdi.
Cənab Brahimi 18 aydır davam edən və 20 minə qədər insanın həyatına son qoyan Suriyadakı böhranla bağlı müzakirələr aparmaq üçün Ərəb Liqasının rəsmiləri ilə Qahirədə çərşənbə günü görüşüb.