Accessibility links

Amerikalıların ərəb və müsəlmanlara münasibəti müsbətə doğru dəyişib


Ərəb-Amerika İnstitutunun sorğularının nəticələrinə görə, amerikalıların ərəb və müsəlmanlara münasibəti müsbətə doğru dəyişib.

Ərəblər, müsəlmanlar, ərəb amerikalılar və müsəlman amerikalılara münasibətə dair sorğu Virciniya ştatında ağlara üstünlük verilməsi əleyhinə yürüşdən 2 ay sonra keçirilib.

Rəyi soruşulanların 52 faizi ərəb amerikalılara müsbət rəy verib. Bu göstərici 2015-ci ildə 40, iki il əvvəl isə 33 faiz təşkil edirdi.

Ərəb və müsəlmanları şəxsən tanıdıqlarını deyənlər o icmaların heç bir üzvü ilə tanış olmayanlardan daha müsbət rəy verib.

Lakin demokratlarla respublikaçılar arasında ciddi parçalanma müşahidə edilib. Demokratların 54, respublikaçıların isə 31 faizinin ərəblərlə bağlı fikri müsbət olub. Müsəlmanlara gəldikdə isə bu göstərici 58-26 faiz olub.

Fikir ayrılıqları müsəlmanların və Yaxın Şərq ölkələrindən olan mühacirlərin Amerikaya girişinə tətbiq edilən səyahət qadağasına dair sorğuda da nəzərə çarpıb.

Demokrat respondentlərin üçdə ikisi qadağanın əleyhinə çıxış edib. Respublikaçıların isə 42 faizi Trampın sərəncamına müsbət rəy verib.

Sorğu iştirakçılarının 59 faizi hüquq-mühafizə orqanları işçilərinin ərəb amerikalılar və ya müsəlman amerikalılara münasibətlərinə bəraət qazandıra bilmədiklərini deyib.

Digər bir siyasi parçalanma respondentlərin Amerikada müsəlmanlara qarşı ayri-seçkiliyin artması ilə bağlı sual verilərkən ortaya çıxıb.

Demokrat respondentlərin üçdə iki hissəsi, respublikaçıların isə 36 faizi bununla razılaşdığını bildirib.

Demokratların 68, respublikaçıların 28 faizi müsəlmanlara qarşı nifrət zəminində zorakılıqların artdığı ilə razılaşıb.

Qrupların Afrika mənşəli amerikalılara qarşı nifrət zəminində zorakılıqların artdığına dair rəyləri üst-üstə düşüb.

XS
SM
MD
LG