Accessibility links

Səudiyyə Ərəbistanında 29-cu Ərəb Sammiti keçirilir


Səudiyyə Ərəbistanının Dahran şəhərində 29-cu Ərəb Sammiti keçirilir. Görüşdə regional fəlakətlər əsas mövzudur. Liderlər Suriya, Yəmən, Liviya və ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması məsələləri gündəmə çıxarılıb.

İordaniya kralı Abdulla prezidentliyi kral Salmana təhvil verməzdən öncə regionun üzləşdiyi problemlərdən danışıb.

Salman Qüds məsələsinə görüşün gündəliyində əsas yer verib. O, İranın ərəb ölkələrinin daxili işlərinə qarışmasına da diqqət ayırıb.

Səudiyyə Ərəbistanının kralı İranın dəstəklədiyi husi üsyanşılarının Yəməndə insanların iztirabının məsuliyyətini daşıdığını bildirib.

Salman BMT-ni Məkkə də daxil edilməklə, husilərin Səudiyyə şəhərlərinə 119 raket atmaqda günahlandırmasını istəyib.

Ərəb Liqasının rəhbəri Əhməd Əbul Qeyt Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını tənqid edib.

O, Suriya hökumətini ölkəni fəlakətə sürükləməkdə ittiham edib.

Misir prezidenti Əbdel Fəttah Əl-Sissi ərəb ölkələrinin xarici qüvvələrin misilsiz təxribat və parçalama cəhdlərindən şikayətlənib.

Fələstin prezidenti Mahmud Abbas Şərqi Qüdsün hər zaman Fələstin dövlətinin paytaxtı kimi qalacağını vurğulayıb. O, İsraili əməllərinə görə tənqid edib.

XS
SM
MD
LG