Accessibility links

Fələstinin sabiq liderinin cəsədi yenidən torpağa tapşırıldı


Beynəlxalq ekspertlər Fələstinin sabiq lideri Yasir Ərafatın ölümünün səbəbini araşdırmaq üçün onun məzardan çıxarılan cəsədini yenidən dəfn ediblər. Rəsmilər eksqumasiya edildikdən sonra Fələstin liderini İordan çayının qərb sahilindəki Ramallah şəhərinin mavzoleyində dəfn edildiyini deyirlər.

Yasir Ərafatın qalıqlarından götürülən nümunələr ekspertizadan keçiriləmək üçün Fransa, İsveç, Rusiya və Fələstin ekspertlərinə verilib.

İllərdən sonra cənab Ərafatın həyat yoldaşının təqdim etdiyi paltarda radioaktiv polonium aşkar edildikdən sonra Fransa rəsmiləri təhqiqat aparılması barədə göstəriş verib.

Poloniumun tez bir zamanda çürüdüyü üçün bəzi təhlilçilər ekspertiza zamanı kifayət qədər dəlilin olmasından şübhə edirlər.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG