Accessibility links

Həbsdəki redaktor işgəncəyə məruz qaldığını deyir


Araz Quliyev

Vəkil Elçin Sadıqov hazırda həbsdə olan “Xeber44.com” saytının redaktoru Araz Quliyevin şikayətini baş prokurorluğa çatdırıb. Bu barədə o, “Facebook” səhifəsində yazıb.

Vəkilin bildirməsinə görə, hazırda Qobustan qapalı həbsxanasında saxlanan jurnalistin səhhəti yaxşı deyil. Üstəlik, keçmiş redaktor işgəncə ilə üzləşdiyini bildirib.

Elçin Sadıqov vurğulayıb ki, bu həftə Araz Quliyevlə görüşüb.

“O, bu barədə ətraflı izahat yazdı, həmin izahatı araşdırılması üçün Baş Prokurorluğuna göndərmişəm”, vəkil vurğulayıb.

Vəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov

Həbsdəki redaktorun işgəncə şikayətinə, hələlik, Penitensiar Xidmətdən və Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb. Ancaq Penitensiar Xidmət bir qayda olaraq işgəncə şikayətlərini qəbul etmir.

"Xeber44.com” saytının redaktoru Araz Quliyev 2012-ci ilin sentyabrında bu rayonda keçirilən Folklor Festivalı zamanı həbs edilən 8 nəfərdən biridir. O, 8 il həbs cəzası alıb. Ondan başqa həbs edilənlər əsasən dindarlardır. Onlar dini ədavət və dini düşmənçilik yaratmaqda təqsirli biliniblər. Bəziləri artıq, azadlıqdadır.

O vaxt rayon icra başçısı Rafil Hüseynov AzadlıqRadiosu-na demişdi ki, tutulanlar festivalda diskotekanın olmasına etiraz ediblər. Rafil Hüseynovun sözlərinə görə, həmin dindarlar özlərini Museyi-Kazım dəstəsi hesab edirlər və məscidlərdən mollaların başlarına çalma qoymalarını tələb ediblər.

Ancaq Araz Quliyev və onunla tutulanlar ittihamları qəbul etməyiblər. Araz Quliyevlə həbs edilənlərdən Xalid Kazımovun da səhhətinin pisləşdiyi, görmə qabiliyyətini itirməkdə olduğu bildirilir.

8 il həbs cəzaları alan hər iki şəxs hazırda hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı siyahısında yer alırlar.

Hüquq müdafiəçilərinin bildirməsinə görə, hazırda Azərbaycan həbsxanalarında 145 civarında siyasi məhbus var.

Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG