Accessibility links

Təlim kursları təşkil edən Araz MMC bağlanıb


Araz kursları
Araz kursları

Yerli ekspertlər liseylərin Türkiyənin din xadimi Fətullah Gülənin təhsil şəbəkəsinə yaxınlığı səbəbindən bağlandığını istisna etmir

İyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil Kompleksi abituriyentlər və ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün təlim kursları keçən “Araz” MMC-nin bağlandığını elan edib. Bu barədə sözügedən kompleksin təsisçisi SOCAR-ın məlumatında deyilir.

Öz növbəsində Təhsil Nazirliyi ləğv edilən liseylərdə oxuyan şagirdləri orta məktəblərə qəbul etməyə hazır olduğunu bildirib.

Təhsil sahəsində ekspert Mürsəl Əliyev hesab edir ki, qəbul olunmuş qərar təhsilin keyfiyyətinə və biznes-mühitə mənfi təsir göstərəcək.

Onun sözlərinə görə, “Araz” kursları və liseylər keyfiyyətli fəaliyyət göstərirdilər, onların məzunları yüksək səviyyəli peşəkarlara çevrilirdi.

Yerli ekspertlər “Araz” və liseylərin Türkiyənin din xadimi Fətullah Gülənin təhsil şəbəkəsinə yaxınlığı səbəbindən bağlandığını istisna etmir.

Qeyd edək ki, Türkiyənin baş naziri Ərdoğanın bu yaxınlarda Bakıya səfərindən sonra media bu qərarın qəbulu proqnozlaşdırılırdı.

Ərdoğanın səfərindən sonra Azərbaycanda bir sıra yüksək vəzifəli məmurlar öz postlarından kənarlaşdırılıb. Onların arasında Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, Dini Qurumlarla İş üzrə Komitənin rəhbəri Elşad İsgəndərov da var.

Azərbaycan Beynəlxalq Təhsil Kompleksinə daxil olan “Qafqaz” Universitetinin rəhbərliyi isə universitetin bağlanması barədə məlumatı təkzib edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG