Accessibility links

Hüccət Haşimiyan: İran incəsənət sahəsində farslaşdırma və əritmə siyasəti yürüdür [Audio]


Hüccət Haşimiyan
Hüccət Haşimiyan
Ərdəbil vilayət televiziyasının sabiq əməkdaşı, güneyli aktyor və mədəni fəal Hüccət Haşimiyan Amerikanın Səsinə müsahibədə İranın incəsənət siyasəti haqda təcrübəyə əsaslanan fikirlərini paylaşıb. Güneyli fəal öz sənət fəaliyyətləri və Ərdəbil televiziyasında rol aldığı filmlər və teleseriallar haqda danışmaqla yanaşı, İran İslam Respublikasının Azərbaycan vilayətlərində televiziya və radio proqramları üzərində yürütdüyü ideoloji xətti şərh edib.
Aktyor Hüccət Haşimiyan Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:21:21 0:00
Direct link

Haşimiyan Ərdəbil televizyasında çalışdığı illərdə öz sənəti ilə şəhər əhalisinin diqqətini qazanmağı bacarıb. Ərdəbil əhalisi onu rolunu canlandırdığı Böyük Ağa adlı komik bir film xarakteri ilə tanıyıb.
Filim və incəsənətin digər sahələrində İranın mərkəzi vilayətlərinə ayrılan büdcə vəsaiti Azərbaycan vilayətlərinə ayrılandan qat qat artıq olur... Azərbaycan vilayətlərinin televizya və radio mərkəzlərində fars dili və mədəniyyətini təbliğ edən və Tehranda hazırlanmış proqramlara türkcə proqramlardan daha çox yer və dəyər verilir.
“1996-2000 illərində Ərdəbil Vilayəti TV-sindən yayılan seriallarda rol aldım. Canlandırdığım Böyük Ağa Polad adlı bir xarakter ilə çox tanındım. Rol aldığım filimlər türk dilində və çoxu komediyalardan ibarət olub,” deyə Kanadada mühacirətdə yaşayan ərdəbilli sənətçi söyləyib.

Onun dediklərinə görə, Ərdəbil televiziyasından yayılan serialların mövzusu umumiyyətlə ictimai problemlərlə bağlı olub.

“Bu serialların çoxu komediya formasında idi və hakimiyyətə toxunmayan ictimai problemlərdən bəhs edirdi, o problemlər ki onlardan söz aça bilirdik. Bir cızıq cızmışlar ki, onun çərçivəsində həm dini məsələlər nəzər alınmalıdır həm də ölkədəki bütün problemlər Amerika və İsrailə bağlanmalıdır, rejim yaxşı göstərilməlidir,” deyə Hüccət Haşimiyan qeyd edib.

O həmçinin İslami Mədəniyyət və İrşad Nazirliyi, habelə televiziyanın nəzarətçi məsulunun yayılan filimlər vər proqramlar üzərində tətbiq etdikləri nəzarət və senzura haqqında danışıb.

Güneyli mədəni fəalın dediklərinə görə, İranda Azərbaycan vilayətləri incəsənət sahəsində sistemli ayrı-seçkiliyə məruz qalırlar:

“Filim və incəsənətin digər sahələrində İranın mərkəzi vilayətlərinə ayrılan büdcə vəsaiti Azərbaycan vilayətlərinə ayrılandan qat qat artıq olur... Azərbaycan vilayətlərinin televizya və radio mərkəzlərində fars dili və mədəniyyətini təbliğ edən və Tehranda hazırlanmış proqramlara türkcə proqramlardan daha çox yer və dəyər verilir.”

Güneyli aktyor dil basqılarını ümumilikdə Azərbaycan türklərinin mədəniyyətini hədəf alan siyasətin tərkib hissəsi kimi qiymətləndirir.

“Azərbaycan türk millətinin dili necə basqı altında isə, eyni şəkildə incəsənəti də sıxıntılara məruz qalır. Musiqi, filim və digər incəsənət sahələrində əritmə və farslaşdırma siyasəti yürüdülür," deyə azərbaycanlı aktyor əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG