Accessibility links

Ərdəbildə türkcə kitablar satan mağazanın sahibi saxlanılıb


Ramin Həsənzadə
Ramin Həsənzadə

Ərdəbil vilayətində İranın təhlükəsizlik qüvvələrinin nəzarət altına alıb sorğu-suala çəkdiyi dəftərxana ləvazimatı mağazası sahibinin yaxınları saxlanmanın mağazada türkcə kitabların satılması ilə bağlı olduğunu bildiriblər.

Oyan News veb səhifəsinin məlumatına istinadən, Ramin Həsənzadə Parsabad şəhərində İran polisinin təhlükəsizlik bölməsində dindirildikdən sonra sərbəst buraxılsa da məmurların müsadirə etdiyi kompüter, telefon və digər şəxsi əşyaları ona geri verilməyib.

“Həsənzadənin yaxınları onun türkcə kitablar satmaq, ustad Şəhriyarın bir şeirini ehtiva edən kartlar və Azərbaycanın tarixi binalarından fotoşəkillər çap etməsi səbəbi ilə saxlanıldığını ifadə ediblər,” deyə Oyan News saytının məlumatında dərc edilib.

Ramin Həsənzadə İran Azərbaycanının Muğan bölgəsində Parsapad Azad Universitetinin yaxınlığında yerləşən bir dəftərxana ləvazimatı mağazası işlədir.

XS
SM
MD
LG