Accessibility links

Soul kraliçası Areta Franklin [Video]


Soul kraliçası Areta Franklin
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Musiqi ikonası, “Soul kraliçası” adı ilə tanınan Areta Franklin 76 yaşında vəfat etdi. Uzun zamandır xəstə olan bu Amerika müğənnisi ölkənin ən məşhur müğənnilərindən biri idi. Milyonlarla albomunu satan, 18 Grammy mükafatı da daxil olmaqla, çox sayda müxtəlif mükafatlara layiq görülən müğənni dünya boyu özünün pərəstişkarları tərəfindən sevilib.

1967-ci ildə Areta Franklinin "Respect" mahnısı səsyazma sənayesinin prestijli olan Grammy-nin 18mükafatına layıq görüldü və onun zirvə nöqtəsinə qalxmasına səbəb oldu. Bu mahnı qadın himninə çevrildi. “Hər kəs özünə qarşı hörmət istəyir, gənclərdən tutmuş yaşlılara, orta yaşlılara qədər. Qadın, kişi, yəni bizim hamımız hörmət və işimizə qiymət verilməsini istəyirik” deyə, Areta Franklin bildirir.

Onun 60 illik karyerasının əsasında hörmət dururdu - məşhurlar, prezidentlər və dünya boyu milyonlarla pərəstişkarı tərəfindən olan hörmət.

Areta Franklin 52 yaşında Kennedi Mərkəzinin prestijli mükafatını alıb. 2005-ci ildə Prezidentin Azadlıq Medalına layıq görülərək, 14 əfsanəvi amerikalıdan biri olub.

2009-cu ildə prezident Barak Obamanın inaqurasiyasındakı çıxışı da daxil edilməklə, Franklin yorulmadan çalışırdı. Çoxlarının dediyinə görə, səhnədə o, çox cazibədar görünürdü. “Musiqi mənim üçün hər şeydir. Ona görə mən buyam. Mən mahnı oxuduqca yaşayıram” deyə, o bildirir.

“Soul kraliçası” hələ uzun müddət bizim ruhumuzda yaşayacaq və onun musiqisi gələcək nəsilləri də özünə cəlb edəcək.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG