Accessibility links

Argentina abortun leqallaşdırılmasını müzakirə edir


Roma papası Fransisin vətəni olan Argentinada qanunvericilər hamiləliyin ilk 14 həftəsində seçmə abortları leqallaşdıracaq qanun layihəsini müzakirə edir.

Katolikliyin böyük təsir gücünə malik olduği Latın Amerikası ölkəsində aborta yalnız təcavüz hadisələrində və ya ananın həyatı təhlükədə olduğu halda icazə verilir.

Abort qanunu ilə bağlı ictimai müzakirələr başladıqdan sonra çərşənbə günü qanun dəyişikliyinin dəstəkləyənlər və buna qarşı olan etirazçılar Buenos-Ayresin qanunvericilik binasının qarşısında aksiya təşkil ediblər.

Katolik kilsəsi qanun layihəsinə qarşı güclü şəkildə lobbiçilik aparır. Tərəfdarlar isə bu qanun dəyişikliyinin gizli abort axtaran qadınlarda baş verən ölüm hallarının qarşısını alacağını deyir.

Mühafizəkar prezident Maurisio Makri açıq şəkildə aborta qarşıdır. Ancaq prezident Makri bildirib ki, əgər qanun layihəsi keçərsə o buna veto qoymayacaq.

Qanun layhəsi ilə bağlı son səsvermənin cümə axşamı keçirələcəyi gözlənilir.

XS
SM
MD
LG