Accessibility links

Argentinanın yeni prezidenti vəzifəsinə başlayır


Argentinanın yeni prezidenti Maurisio Masri and içərək 12 il ölkəyə liderlik edən Kristina Fernandez Kirçner və onun həyat yoldaşı Nestor Kirçnerdən hakimiyyəti təhvil alıb.

Mühafizəkar Masri Konqresdə and içib. Andiçmə mərasiminə senatın spikeri olacaq Federiko Pinedo başçılıq edib. O, Fernandezin səlahiyyətlinin rəsmi olaraq başa çatmasından sonra müvəqqəti olaraq prezident vəzifəsini icra edib.

Andiçmə mərasimindən sonra Masri “bu gün arzularım baş tutdu” deyib.

Prezident ofisini tərk edən Fernandez Masrinin andiçmə mərasimində iştirak etməyib. O, 1983-cü ildə Argentinada hərbi diktaturanın başa çatmasından sonra andiçmə mərasiminə qatılmayan ilk sabiq prezidentdir.

Buenos-Ayresin meri olmuş Masri ticari məhdudiyyətləri və bürokratik əngəlləri aradan qaldıracağına və Argentina valyutasının dəyərini artıracağına söz verib. Latın Amerikasının 3-cü ən böyük iqtisadiyyatı olan Argentinada inflasiya 30 faiz təşkil edir və ümumdaxil məhsul istehsalı sıfıra yaxındır.

XS
SM
MD
LG