Accessibility links

Argentina sualtı qayığının axtarışları davam edir


Beynəlxalq axtarış komandası hava ehtiyatı tükənənə qədər 44 ekipaj üzvü olan itmiş Argentina sualtı qayığının yerini tapmağa çalışır.

San Huan sualtı qayığı ilə son əlaqə altı gün əvvəl yaradıla bilib.

Rəsmilər Argentina sahilindən son günlərdə peyk vasitəsi ilə əldə edilən digər siqnalın San Huan qayığından gəlmədiyini deyir.

“Bu, daimi və davamlı səs bioloji səs ola bilər” – deyə Argentina hərbi dəniz donanmasının sözçüsü Enriki Balbi bildirib.

ABŞ axtarışlara kömək etmək məqsədi ilə sualtı qayıq komandası ilə bərabər NASA-nın axtarış təyyarəsi və sualtı qayıq axtarış təyyarəsini səfərbər edib.

Bu arada ekipaj üzvlərinin qohumları ümidlərini itirmir və onların sağ-salamat geri dönmələri üçün dualar edir.

XS
SM
MD
LG