Accessibility links

Argentinada aborta icazə verilməyib


Argentinada hamiləliyin ilk 14 həftəsində seçmə abortları leqallaşdıracaq qanun layihəsinin Senat tərəfindən rədd edilib.

Qanunvericilərin 15 saat davam edən müzakirələrdən sonra qanun layihəsini 38-31 səslə qəbul etməməsi anti-abort fəalları tərəfindən Buenos-Ayres küçələrində bayram kimi qeyd edilib.

Polis Senatın qərarından narazı olan qrupları dağıtmaq üçün su şırnaqlarından istifadə etməyə məcbur olub.

Argentinada aborta yalnız təcavüz və ya qadının sağlamlığına təhlükə olan hallarda icazə verilir.

Qanun layihəsini dəstəkləyənlər bildirir ki, abortun leqallaşdırılması təhlükəli və qanunsuz abort etmək istəyən xeyli sayda qadının həyatını xilas edə bilər.

XS
SM
MD
LG