Accessibility links

Ariana Qrande Britaniyanın Mançester şəhərinə qayıdıb


Konsertinin sonunda bir neçə pərəstişkarı terror hücumu nəticəsində öldükdən iki həftə sonra amerikalı pop ulduz Ariana Qrande Britaniyanın Mançester şəhərinə qayıdıb.

Bazar günü Old Trafford stadionunda One Love Manchester adlı konsertə təxminən 50 min pərəstişkar toplaşıb. Bu konsertdən toplanan pul mayın 22-si 22 nəfərin həlak olduğu intiharçı bomba hücumundan zərər çəkənlərə veriləcək.

Bu şouda Farrell Villyams, Kati Perri, Castin Biber və Qrande kimi musiqi aləmində tanınan müğənnilər iştirak edib.

“Mən sizi çox sevirəm və düşünürəm ki, sizin nümayiş etdirdiyiniz bu sevgi və vəhdət dünyanın hazırda möhtac olduğu bir dərmandır” deyə Ariana Qrande bildirib.

Konsert cəmi bir neçə saat əvvəl ikonik London körpüsündə baş verən ölümçül terror hücumuna baxmayaraq baş tutub. Yüzlərlə polis zabiti təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə Old Trafford stadionuna göndərilib. Polis zabitlərindən bəziləri konsert zamanı pərəstişkarlara qoşularaq rəqs edib.

Britaniyanın Qırmızı Xaç cəmiyyəti bildirib ki, konsert “Biz Mançesteri Sevirik” adlı yardım fondu üçün 13 milyon dollardan çox pul toplayıb.

XS
SM
MD
LG