Accessibility links

Arif Hacılı: ALDE qrupu Ukraynanın müdafiəsinin daha səmərəli təşkili məsələlərini müzakirə etdi


Arif Hajili at the ALDE group meeting on Ukraine
Arif Hajili at the ALDE group meeting on Ukraine

Azərbaycanın Müsavat Partiyasının başqanı Arif Hacılı Brüsseldə, Avropa üçün Liberallar və Demokratlar İttifaqının (ALDE) Ukrayna ilə bağlı müzakirələrində iştirak edib.

Arif Hacılı Amerikanın Səsinə müsahibəsində bildirib ki, ALDE qrupuna daxil olan siyasi partiyaların iştirak etdiyi müzakirələrin yekunlarına əsasən Ukrayna ilə bağlı qətnamə qəbul olunub.

Arif Hacılı: ALDE qrupu Ukraynanın müdafiəsinin daha səmərəli təşkili məsələlərini müzakirə etdi
please wait

No media source currently available

0:00 0:03:37 0:00

“Toplantı müharibə şəraitində Ukraynanın daha ciddi müdafiəsinin təmin olunması üçün ALDE qrupunun görəcəyi işlərə həsr olunub. ALDE qrupu Avropa Parlamentinin üçüncü partiyasıdır və Avropa Parlamentində yüzdən çox deputatla təmsil olunur. Bu baxımdan həm Avropa Parlamentində gedən müzakirələrdə, həm də bu siyasi partiyaların olduğu ölkələrdə (bu qrupa daxil olan partiyaların bəziləri təmsil olunduğu ölkələrdə hakimiyyətdədir, bəziləri hakimiyyət ortağıdır, bəzi ölkələrdə isə siyasi proseslərə ciddi təsir etmək gücündədir) Ukrayna ilə bağlı qərarlara təsir etmək məsələləri müzakirə olundu. ALDE qrupunun qəbul etdiyi qətnamə Ukraynanın müdafiəsinin daha səmərəli təşkilinə xidmət edəcək. Həmçinin ALDE qrupunun deputatlarının Avropa Parlamentində vahid mövqedən çıxış edəcəyi ilə bağlı qərar qəbul olundu,” o qeyd edib.

Onun sözlərinə görə, toplantıda Rusiyanın işğalçı mövqeyi tənqid edilib.

“ALDE hesab edir ki, bu işğalçı bir müharibədir, beynəlxalq hüquq normalarına ziddir. Bu Ukrayna xalqının məhv edilməsi, Ukraynanın suveren hüquqlarına qəsd edilməsi ilə aparılan dağıdıcı bir müharibədir. ALDE qrupunun Rusiyanın indiki hərbi-siyasi rəhbərliyi ilə bağlı mövqeyi əvvəldən bəllidir. ALDE qrupuna daxil olan bir çox siyasi partiya rəhbərləri, parlamentlərdə təmsil olunan rəhbər şəxsləri uzun illər əvvəl Rusiyada persona non grata elan olunub. O sırada mən də varam. 2013-cü ildə mənə qarşı da persona non grata elan edilib. Sadəcə Putinin son qərarları, Ukraynaya qarşı işğalçı müharibə ALDE qrupunun Rusiyaya qarşı mövqeyini bir qədər də sərtləşdirib,” o qeyd edib.

ALDE (Avropa üçün Liberallar və Demokratlar İttifaqı) qrupu Avropa Parlamentinin ən böyük fraksiyalarından biridir. Qrup Avropa Parlamentində 100 deputatla təmsil olunur. Qrupa 43 ölkədən olan siyasi partiyalar daxildir. Müsavat Partiyası 2007-ci ildən ALDE-nin üzvüdür.

XS
SM
MD
LG