Accessibility links

Arif Kəskin: İran rejimi indiyə qədər ölkədəki xalqların heç bir tələbini yerinə yetirməyib


Arif Kəskinlə müsahibə
please wait

No media source currently available

0:00 0:10:25 0:00

Rəsmi Vaşinqton İranda etiraz aksiyalarının iştirakçılarının həbsdə ölümü və işgəncəyə məruz qalması haqda məlumatları böyük narahatlıq hissi ilə qarşılayıb və İranda bütün siyasi məhbusların azad edilməsinə çağırıb. Verilən məlumatlara görə, keçən il başlayıb bu ilin ilk günləri İranı bürüyən etiraz aksiyalarında minlərlə insan həbs edilib. Bəzi təhlilçilər etiraz aksiyalarının İran rejimi üçün ilk ciddi sınaq olduğunu və bunun dəyişikliklərə yol aça biləcəyini deyir. Türkiyədə Yaxın Şərq üzrə təhlilçi Arif Kəskin Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə İranda son etiraz aksiyaları, bunun daxili və regional təsirlərini şərh edib.

Arif Kəskinin bildirdiyinə görə, son etiraz aksiyaları İranda insanların dəyişiklik istədiyinin təzahürü idi.

“Bütün bu nümayişlərin ortaq bir yönü var idi, o da rejimdə köklü bir dəyişiklik istəyirlər. Nümayişlərdə iştirak edən insanlar 1979-cu ildə qurulan İslam cumhiyriyyəti rejiminin köklü dəyişməsini istəyir.”

İranın Ali dini lideri Ayətullah Xameneyi hadisələrdə xarici qüvvələri, xüsusilə də Amerika və İsraili günahlandırıb. Lakin prezident Ruhani hadisələrin əsas səbəbini iqtisadi durumla izah edib. Arif Kəskin etirazların əsas səbəblərinin ölkə daxilində durumla bağlı olduğunu bildirib.

Ancaq bu nümayişlər bunu göstərdi ki, İran xalqı və xüsusilə də bu nümayişlərdə iştirak edən insanlar İranın həm beynəlxalq, həm regional siyasətini qəbul etmir.

“Bu, İran İslam cumhuriyyəti rejiminin ənənəvi siyasətidir. İranda hər etiraz aksiyası olduğu zaman, etiraz nümayişi olduğu zaman bunu xarici qüvvələrə bağlayırlar və bu şəkildə göstərmək istəyirlər ki, İranda heç bir problem yoxdur. İranda iqtisadi, insanların ictimai həyata normal, düzgün bir yaşayışı olduğunu bildirirlər. Ancaq İranı çox yaxından bilənlər və özəlliklə də son illərdə yaxından təqib edənlər bunu bilirlər ki, bu nümayişlərin hamısının daxili səbəbləri var. Və bu nümayişləri xaricə dayanaraq əslən təhlil və analiz etmək mümkün deyil. Bunun çox aydın daxili səbəbləri var. Və bunun İranın öz daxili, iqtisadi, siyasi, ictimai səbəblər çərçivəsində dəyərləndirilməsi gərəkdir.”

Arif Kəskin son hadisələrin İranın regionda nüfuzuna təsirləri məsələsinə toxunaraq, etiraz edən insanların İranın xarici ölkələrdəki münaqişələrə müdaxilə etməsi ilə bağlı narazılıqlarını ifadə etdiyini qeyd edib. Onun bildirdiyinə görə, bu, Tehran rejiminin yürütdüyü siyasətin xalq tərəfindən dəstəkləndiyinə dair rəsmi təbliğatı ilə təzad təşkil edir.

İran xalqlarının bütün tələbləri cavab verilmək yerinə, həll olunmaq yerinə hər zaman basdırılıbdır.

“İran rəsmiləri deyirdi ki, `bizim nüvə siyasətimiz, bizim beynəlxalq siyasətimiz, bizim regional siyasətimiz xalq tərəfindən dəstəklənir, İran xalqı bunu dəstəkləyir`. Bunu iddia edirdilər. Öz siyasətlərinin xalq tərəfindən bir legitimliyi olduğunu iddia edirdilər. Ancaq bu nümayişlər bunu göstərdi ki, İran xalqı və xüsusilə də bu nümayişlərdə iştirak edən insanlar İranın həm beynəlxalq, həm regional siyasətini qəbul etmir. “

Müşahidəçilər son etiraz nümayişlərində İran Azərbaycanının bölgələrinin fəal qatılmamasının səbəblərindən biri kimi milli azlıqların nümayəndələrinin ölkə rəsmilərinin vədlərinə inamının olmamasını göstərib. Arif Kəskin deyib ki, İran rejimi 1979-cu ildən ölkədəki milli azlıqların irəli sürdüyü tələblərin heç birini yerinə yetirmədiyini deyib.

Ruhaninin həm birinci dönəm hakimiyyəti dövrü, həm də ikinci dönəmində verdiyi vədləri yerinə yetirmədiyi açıq şəkildə göstərildi.

“1979-cu ildə qurulan hardasa 38 ildir hakimiyyətdə olan bu rejim iqtisaddan siyasətə müvəffəq deyil, heç bir nailiyyət əldə etməyib. Və İran xalqlarının bütün tələbləri cavab verilmək yerinə, həll olunmaq yerinə hər zaman basdırılıbdır. Bunun bu şəkildə də davam edəcəyini göstərir. Xameneyidən gələn açıqlamalar da bunu göstərir. Xameneyi hələ bunun düşmənlərin işi olduğunu deyir. Bunun Amerikanın, Səudiyyənin və digərlərinin işi olduğunu iddia edir. Xameneyinin bu zehniyyəti, dövlətin xüsusilə də mühafizəkarlara hakim olan bu zehniyyət bunu göstərir ki, hələ bunlar dəyişmək istəmirlər və dəyişməyəcəklər də. Ruhani və onun ətrafındakıların dəyişikliklərlə bağlı açıqlamaları da İran toplumu tərəfindən ciddiyə alınmır. Çünki Ruhaninin həm birinci dönəm hakimiyyəti dövrü, həm də ikinci dönəmində verdiyi vədləri yerinə yetirmədiyi açıq şəkildə göstərildi. Hətta bu etiraz aksiyalarının bir səbəbi Ruhaniyə olan ümidsizliklə bağlıdır. Xalqın Ruhaniyə ümidi yoxdur.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG