Accessibility links

Arıların nəslini necə qorumalı? [Video]


Arıların nəslini necə qorumalı?
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Arılan nəslini necə qorumalı?

Həvəskar arıçılar arıların nəslini qorumaq üçün əllərindən gələni edirlər.

Arıların kökü kəsilməkdədir, amma heç kəs bunun səbəbini bilmir. Dünya entomoloqları və alimləri arı ailələrinin dağılması sindromuna həll tapmağa çalışırlar. Həvəskar arıçılar arıların nəslini qorumaq üçün əllərindən gələni edirlər.

Arılar bizim yediyimiz yeməklərin hər dişdəmindən birindən məsuliyyət daşıyırlar.

Buna görə də Meqan Raynın onlar üçün əlindən gələni etməyə çalışması təəccüblü deyil. Bu ilin əvvəli o, Southwest Mühafizə klubunda arıxana yaradıb.

“Bizim pətəklərimiz italyan arıları ilə doludurlar.”

İtalyan arıları ən populyar növlərdir çünki onlar daha mülayim və digər əhliləşdirilmiş bal arılarından daha sürətli şəkildə çoxalırlar. Təkcə dörd ay ərzində klubun arıxanasında hər şanıda 10 mindən 70 minədək arı yetişib.

Digər bir arıçı Aleks Kornuel bunun müsbət bir hall olduğunu deyir, çünki son on ildə həm Amerika, həm də Avropada arı şanılarının dördə biri məhv olub.

Arı ailələrinin dağılması sindromuna nəyin səbəb olduğu naməlumdur, amma pestisid, gənə və patogenlər mümkün səbəblərdəndir.”

Arı ailələrinin dağılması sindromunun səbəblərinin axtarışı davam etsə də, Southwest Mühafizə Klubunun arıxanası arı nəslini artırır. Bundan əlavə arıxana məlumat mənbəyidir. Hər dəfə Rayn və Kornuel bura gələndə onlar arıların temperaturlarından tutmuş şanıların vəziyyəti və ana arıların yumurta qoymalarını müşahidə edirlər.

İnsanları maarifləndirmək üçün universitet dərəcəsinə sahib olmaq və ya alim olmaq lazım deyil. Elə bu da arıçılığın yaxşı tərəfidir ki, bunu hər kəs edə bilər

“Biz bu məlumatı Təbii Sərvətlər Nazirliyi, digər arıçılar, hər hansı bir konservasiya təşkilatı və bu məlumatı əldə etmək istəyən digər təşkilatlarla bölüşürük.”

Cütlük həmçinin bilik və maraqları ilə də bölüşürlər. Onlar ictimiyyəti arıcılıq ilə bağlı maarifləndirir və ümid edir ki, daha çox insan pətək yaradacaq.

“İnsanları maarifləndirmək üçün universitet dərəcəsinə sahib olmaq və ya alim olmaq lazım deyil. Elə bu da arıçılığın yaxşı tərəfidir ki, bunu hər kəs edə bilər.”

İndiyədək bunula 100-ə yaxın insan maraqlanıb. Rayn və Kornuel həmçinin mühacirləri arıçılq barədə maarifləndirmək üçün bir proqram təsis etməyi planlaşdırırlar ki, mühacirlərin bu cür bacarıqları olsun.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG