Rəsmilərın bildirdiyinə görə, Birləşmiş Ştatların qərbi Arizona ştatının üzgüçülük yarışlarının keçirildiyi məşhur çayın sel səbəbindən gözlənilmədən daşması 9 nəfərın batmasına, bir yeniyetmənin isə itkin düşməsinə səbəb olub.
Fineks şəhərindən 145 km şinal-şərqdəki Milli Tonto Meşəsindəki Verdi çayı bazar günü gecə saatlarında daşıb. Daşqın barədə əvvəlcədən xəbərdarlıq edilməyib.
Xilasedicilər 3 cəsədi şənbə günü, qalan 6 cəsədi bazar günü aşkar edib. Ölənlərdən 5-nin uşaq olduğu, 13 yaşlı oğlanın isə hələ də itkin düşdüyü bildirilib.
Yerli "Arizona Republic" qəzeti ölənlərin bir ailənin üzvü olduqları güman edildiyini yazıb.
Yerli rəsmilər intensiv ildırımlarla müşayiət olunan 4 santimetrdən çox yağan yağışın bir saat davam və 14 km-ə qədər sahəni əhatə etdiyini deyib.