Arkansas polisi bildirib ki, cümə günü ştatın paytaxtı Litt Rok şəhərinin gecə klubunda hip-hop konserti zamanı 25 nəfərə silahla atəş açılıb.
Atışmanın konsert iştirakçıları arasında yaranmış mübahisə nəticəsində baş verdiyini deyən polis rəsmiləri bu insidentin terror ilə bağlılığın olmadığını əlavə edib. Xəsarət alan 25 nəfərin hər birinin həyatına təhlükə olmadığı bildirilir.
Litl Rok polis rəisi Kenton Bakner deyib ki, mübahisə klubda olan bir neçə şəxs arasında baş verib və ehtimal edilir ki, atəş açanların sayı bir neçə nəfər olub.
Arkansas ştatının qubernatoru Asa Hatçinson gecə klubundakı atışmanı həftə ərzində şəhərdə baş verən digər atışmalarla əlaqələndirərək, Litl Rok şəhərində cinayət problemlərinin intensivləşdiyini vurğulayıb.