Accessibility links

Arktikada okean buzu sürətlə əriməyə davam edir


Alimlərin araşdırmalarına görə Arktikada havanın temperaturu dünyanın digər yerlərindən fərqli olaraq iki dəfə çox artmaqdadır.

Hazırda burada aysberqlərin həcmi uzun illərdən sonra ən aşağı səviyyəsinə çatıb. Alimlər bildiriblər ki, əgər temperature artımı indiki səviyyəsində qalarsa artıq 2040-cı ildə buz olmayan Arktika ilə qarşılaşa bilərik. Yerli Alyaskalılar da bu məsələdən narahatdırlar.

Alyaskada yaşayan insanlar da bu məsələdən çox narahatdırlar.

Yerli Alyaskalı olan Teqosek bildirib ki, Alyaskada yaşayan insanların çox hissəsi xüsusilə yerli xalq neft və qaz sənayesində işləyirlər. Lakin, o elə düşünür ki, bu ayın əvvəlində Prezident Trampın imzaladığı sərəncam Obama administirasiyasının siyasətini ləğv edəcək. Bu da Arktika sularında qazma işlərini yenidən başladacaq.

Bir çox ekspertlər razılaşır ki, Arktika zonasındakı qazıntılar gələcəkdə böyük təhlükələr yarada bilər.

Arktikada buzların əriməsi buraya daha çox gəmilərin gəlməsinə, qazıntıların çoxalmasına və iqtisadi aktivliyin artmasına gətirib çıxardacaq. Bu da Arktika Şurası nazirlərinin ən çox narahat olduqları məsələlərdəndir.

XS
SM
MD
LG