Accessibility links

Ermənistanın eks-prezidentinin oğlu çirkli pulların yuyulmasında ittiham olunur


"1 mart işi" ilə bağlı həbs edilmiş Ermənistanın sabiq prezidenti Robert Koçaryanın böyük oğlu vergi ödəməkdən yayınma və çirkli pulların yuyulmasında ittiham olunub.

AzadlıqRadiosunun verdiyi məlumata əsasən, Sedrak Koçaryan haqda ölkəni tərk etməmək barədə qərar qəbul edilib.

2008-ci ilin martında seçkilərdən sonra yaranmış qarşıdurmada 10 etirazçı həlak olmuşdu.

2008-ci ilin martin 1-də Serj Sarkisyanın qalib gəldiyi prezident seçkilərindən sonra ölkəni etiraz aksiyaları bürümüşdü. Həmin vaxt mitinq iştrakçılarl ilə silahlı qüvvələrin qarşıdurması nəticəsində on nəfər ölmüş, yüzlərlə insan yaralanmışdı.

"Milli Təhlükəsizlik Xidməti mənə qarşı öncədən hazırlanmış iş üzrə, hansısa çirkli pul yumaq üzrə ittiham irəli sürüb," Koçaryan deyib.

"Vergidən yayınma və çirkli pulların yuyulması ittihamları irəli sürülüb. Hal-hazırda sizə əlavə detallar barədə məlumat verə bilmərəm. Daha ətraflı məlumat toplasaq və bu işlə biz məşğul olsaq, yeni bir vəkil təyin olunmasa, sizə daha ətraflı məlum verərik," vəkil Aram Orbelyan deyib.

Ermənistanda məxməri inqilabın ardınca hakimiyyətə gəlmiş Nikol Paşinyan yaxın keçmişdə siyasi rejim tərəfindən törədilən cinayətlərin araşdırılmasına və sabiq siyasi məsulların cavabdeh tutulmasına xüsusi önəm verir.
Ermənistanda məxməri inqilabın ardınca hakimiyyətə gəlmiş Nikol Paşinyan yaxın keçmişdə siyasi rejim tərəfindən törədilən cinayətlərin araşdırılmasına və sabiq siyasi məsulların cavabdeh tutulmasına xüsusi önəm verir.

Sedrak Koçaryan ona qarşı cinayət işinin açılmasını hakimiyyətin onun ailəsinə hücumu hesab edir.

Daha öncə Ermənistanın İstintaq Xidməti konstitusiya quruluşunun devrilməsinə görə həbsdə olan sabiq prezident Robert Koçaryana qarşı yeni ittiham irəli sürüb.

"Koçaryan Cinayət Məcəlləsinin külli miqdarda rüşvət amaq maddəsinə əsasən ittiham olunub," sabiq prezidentin hüquqşünaslardan ibarət komandası məlumat verib.

Sabiq prezident Robert Koçaaryan dinc etirazçılara qarşı öldürücü qüvvədən istifadə etməkdə ittiham olunur.
Sabiq prezident Robert Koçaaryan dinc etirazçılara qarşı öldürücü qüvvədən istifadə etməkdə ittiham olunur.

Ermənistanın sabiq prezidenti həmçinin "konstitusiya quruluşunu devirmək" maddəsi ilə ittiham olunub.

1998-2008-ci illərdə Ermənistanın prezidenti olmuş Robert Koçaryan iyulun 26-sı konstitutsiya quruluşunun devrilməsində ittiham olunub. Ona qarşı ittihamlar 2008-ci ilin 1 mart hadisələri ilə bağlı cinayət işi çərçivəsində irəli sürülüb.

2008-ci ilin martın 1-i Serj Sarkisyanın qalib olduğu prezident seçkilərindən sonra etiraz aksiyaları vüsət almışdı. Silahlılarla etirazçılar arasında baş verən qarşıdurma nəticəsində 10 nəfər ölmüş, yüzlərlə insan yaralanmışdı.

Bu hadisənin necə baş verdiyi və etirazçılara qarşı güc tətbiq etmək əmrinin kim tərəfindən verildiyi hələ də məlum deyil. Həmin vaxt Ermənistanın prezidenti Robert Koçaryan olub.

Təhqiqatın gedişində ordunun təkcə 1 mart hadisələrində iştirak etmək deyil, həm də insanlara və evlərin istiqamətində atəş açdığı müəyyən olunub.

Xüsusi İstintaq Xidməti rəhbəri Sasun Xaçatryan 11 Sentyabr 2018-ci ildə etirazçılara ordunun güllə açdığını deyib.

"Təhqiqatın gedişində ordunun təkcə 1 mart hadisələrində iştirak etmək deyil, həm də insanlara və evlərin istiqamətində atəş açdığı müəyyən olunub. Yəni ordu bu hadisələrdə tam olaraq iştirak edib. Hal-hazırda ölkəmizin sabiq liderlərinin əsgərləri muzdlulara çevirmələrini necə izah edəcəklərini bilmirəm" - deyə, o bildirib.

"1 mart hadisəsi" uzun müddət təhqiq edilməyib, lakin 2018-ci ildə "Məxməri İnqilab" və Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsindən sonra təhqiqat yenidən bərpa olunub.

· Ötən il iyulun 27-də sabiq prezident iki ay müddətinə həbs edilib. Koçaryanın özü əvvəllər ona qarşı ittihamları "vendetta" adlandırıb.

· Avqustun 13-də Apellyasiya Məhkəməsi sabiq prezidentin vəkillərinin ərizələrini təmin edib və onu həbsdən azad etməsi üçün ona qarşı tətbiq olunan tədbirləri dəyişdirib. Ermənistan Milli Məclisinin 46 deputatı sabiq prezidentin azad edilməsi üçün məhkəməyə zəmanət verib.

· Ötən ilin dekabrında Koçaryan yenidən həbs olunub.

Koçaryandan başqa "1 mart işi" üzrə həmçinin aşağıdakıların adları var:

· Ermənistanın sabiq müdafiə naziri Mikael Artuyunyan (hal-hazırda o axtarışdadır).

· Yuriy Xaçaturov 2008-ci ildə o yerevan qornizonuna başçılıq edib. Hal - hazırda o Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibidir.

XS
SM
MD
LG