Çərşənbə axşamı günü Birləşmiş Ştatlar Qonqresinə məxsus binalardan biri olan və Nümayəndələr Palatasının üzvlərinin bir hissəsinin ofislərinin yerləşdiyi Reybörn binasında Ermənistanın müstəqilliyinin 20-ci ili münasibəti ilə tədbir keçirildi. .
Amerikada fəaliyyət göstərən ən güclü erməni təşkilatlarından biri olan Erməni Milli Konqresinin və erməni mediasının haqqında geniş məlumat yaydığı tədbirdə Qonresin ABŞ-Ermənistan Dostluq Qrupunun üzvlərindən bəziləri, erməni mənşəli amerikalılar və Vaşinqtondakı Ermənistan səfirliyinin əməkdaşları iştirak ediblər.
Tədbir Reybörn binasında yerləşən Xarici Əlaqələr Komitəsinin dinləmələr zalında keçirilib. Bu zalda erməni təhcirinin soyqırım olması barədə Birləşmiş Ştatlar Qonqresinə verilmiş qanun layihələri və ermənilərlə əlaqədar başqa çoxlu məsələlər müxtəlif zamanlarda bu müzakirə olunub. Tədbirin bəzi erməni iştirakçıları mərasim üçün bu zalın seçilməsinin təsadüfi olmadığını deyiblər.
Bu arada Panarmenian Net saytının verdiyi xəbərə görə isə tədbirdə Ermənistanın Birləşmiş Ştatlardakı səfiri Tatul Markaryan və Amerikadakı erməni icması Nümayəndələr Palatasının Kaliforniya ştatından demokrat üzvü Adam Sciff-ə Erməni xaqlı üçün gördüyü işlərə görə medal təqdim ediblər.
Ermənistanın müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə keçirilən tədbir Qonqresin Erməni Dostluq Qrupu, Amerikadakı erməni təşkilatları və Ermənistan səfirliyininin təşəbbüsü ilə Qonqresin binasında keçirilib.