Accessibility links

Arnold Şvarsenegger universitetdə siyasətdən dərs deyəcək


Sabiq Kaliforniya qubernatoru və bir zamanlar döyüş janrında filmlərin ulduzu Arnold Şvarsenegger yeni karyeraya başlayıb. O indi siyası təhlilçidir.

Cənubi Kaliforniya Universitetinin Los-Anceles kampusu Hollivud ulduzu üçün yeni səhnədir. Yeddi il Kaliforniya qubernatoru olan “terminator”un yeni auditoriyası tələbə və universitetə səfər edən siyasətçilərdən ibarət olacaq. Yeni tamaşaçıların siyahısına sabiq qubernatorlar, senatorlar və hal-hazırda Arizona senatoru Con Makkeyn də daxildir. Cənubi Kaliforniya Universitetinin Los-Anceles kampusunda açılacaq Şvarsenegger Dövlət və Qlobal Siyasət institutu siyasi problemllərin praktiki həlli yollarının araşdırılması ilə məşğul olacaq.

Arnold Şvarsenegger: “Biz yalnız sag və ya sol tərəflərin ideyalarını dəstəklənə biləcəyinə inanırıqsa, onda biz inkişaf edə bilməyəcəyik. O halda biz heç bir zaman uğur əldə etməyəcəyik. Biz bunu Kaliforniyada və başqa ştatlarda, eləcə də bütün dünyada müşahidə etmişik.”


Şvarsenegger indi dərsd deməsə də, universitetdə professor adı alıb. Ictimai siyasət üzrə təhsil alan tələbə Stivin Veliver bu təyinatı təəccüblə qarşılayır.

Stivin Veliver: “Amma siyasətdə təcrübəsi olan belə bir görkəmli adamdan təhsil almaq üçün imkanımın olmasına çıx sevinirəm.”

Tələbə Kevin Qulli Şvarseneggerin bölüşə biləcəyi biliyin olduğnu deyir.

Kevin Qulli: “Sakinlərinin sayına görə Birləşmiş Ştatlarda ən böyük ştatı və ən güclü iqtisadiyyata malik ştatının qubernatoru kimi vəzifədə çalışan insanın sözsüz ki, öyrədə biləcəkləri var.”

Şvarsenegger eyni zamanda, film karyerasına da yenidən başlayır. Bu filmlərə “The Expendables 2”və gələcəkdə çəkiləcək başqa filmlər də daxildir.
XS
SM
MD
LG