Parisdə adı küçə rəssamı kimi tanınan JR adlı şəxs Nyu-Yorkda da fəaliyyətini davam etdirmək qərarına gəldi. Bu gənc fransız dünyanın müxtəlif millətlərinin nümayəndələrinin portret fotolarını çəkməklə ad qazanıb.
Plakat ölçüsündəki şəkillər Nyu-York küçəsi və dünyanın ən məşhur meydançası olan Taymsdakı böyük lövhəni tutmuşdu. JR adlı şəxs bu layihəsi ilə dünyadakı insanların biri-birlərini tanımasına imkan yaratmaq istəyir.
Müxtəlif yaş qrupu və irqləri təmsil edən insanlar öz möhürlərini Nyu-Yorkun Broadway teatrlar məhəlləsində vurublar. Bu layihə "Başdan Ayağa New-York” adlanır. Şəkil çəkdirmək üçün insanlar yük maşınının yanında növbəyə durubular. Şəkil çəkdirdikdən sonra onların üzləri plakatlara həkk olunur. Bundan sonra isə onlar şəkillərini ya küçədə qoya, ya da özləri ilə apara bilərlər.
JR fransızdır. Bu yaxınlarda o, TED (Texnologiya, Şənlik və Dizayn) mükafatına layiq görülüb. JR bu mükafatın 100 min dollarını dünyanın müxtəlif ölkələlərində belə bir layihəni həyata keçirmək üçün istifadə edib. “Mən bu layihə ilə astarı üzə çıxarmaq istəyirəm. Qoy onlar şəkil çəkdirsinlər, əgər yardım lazımdırsa, mən onlara təmənnasız yardım etməyə hazıram. Əsas təmaslardır."
Nyu-York şəhəri bu layihəni həyata keçirmək üçün Tayms meydanını təklif edib. Meydanın plakatlar üzrə sahibi ona böyük bir yer verib. JR-ın köməkçisi Cina Steffi burada böyük sevginin olduğunu deyir. “Dünən biz bir nişanın şahidi olduq. Bir nəfər öz sevdiyi qadına “Sara, mən səni sevirəm, mənimlə evlənərsənmi?” demək üçün iki saat yarım gözləməli oldu. Bundan sonra ona üzərində “hə” və “yox” yazılmış qutular olan kağızı qıza verdi. Qıza da ilk öncə ağladı, sonra güldü və “hə” qutusuna işarə qoydu."
Bir nəfərin dediyi kimi, JR qlobal kuratordur, dünya isə onun sərgisi.