Amnesty International Liviya prezidenti Müəmmər Qəzzafiyə sadiq qüvvələrin Misrata şəhərində müharibə cinayətləri işləyə biləcəyini deyib. İnsan hüquqları qrupunun bu gün açıqladığı hesabatında deyilir ki, Qəzzafi qüvvələri mülki əhalini ağır artilleriya silahları, raketlər və sıçrayan bombalardan istifadə etməklə qətlə yetirib. Amnesty International-ın tədqiqatçısı Donatella Roveranın bildirdiyinə görə, Misrata əhalisinə qarşı qəddar hücumlar yüzlərlə insanın ölümünə səbəb olub.
Bu arada, Fransa 14 Liviya diplomatının ölkədən xaric ediləcəyini bəyan edib. Bundan bir gün əvvəl Britaniya Liviya diplomatlarını ölkədən çıxarmışdı.