Accessibility links

Culian Assanjın İsveçə ekstradisiyası mümkündür

.
.

Britaniya hakimi Wikileaks-in təsisçisi Culian Assanjın İsveçə ekstradisiyasının mümkünlüyünə göstəriş verib. Hazırda heç bir kriminal ittihamla üzləşməyən Assanj İsveçdə iki qadının seksual şikayətləri ilə bağlı sorğu-suala çəkilməlidir. Altı aydır davam edən bu ittihamları Wikileaks-in təsisçisi inkar edir. Culian Assanjın vəkilləri Britaniya məhkəməsinin hükmü ilə bağlı apellyasiya məhkəməsinə müraciət edəcəklərini bildirirlər. Assanjın İsvecdə ədalətlə mühakimə edilməyəcəyindən ehtiyat edilir.

This item is part of
XS
SM
MD
LG