Accessibility links

Barak Obama iqtisadi sammit iştirakçılarına məktub ünvanlayıb


.
.

Məktubda ABŞ dövlət başçısı ABŞ dollarının güclənməsinin Amerikanın iqtisadi qüdrətindən asılı olduğunu yazır

ABŞ prezidenti Barak Obama bu həftə keçiriləcək iqtisadi sammitdə tərəfdaşlarına onların firavanlığının Amerika ilə bilavasiə əlaqəsi olduğunu və hər bir ölkənin qlobal artıma yardım məqsədi ilə dəyişiklik etməsinə ehtiyac olduğunu deyib. Prezidentin Böyük İyirmiliyin iştirakçılarına ünvanladığı məktub onun Asiya səfərinin növbəti dayanacağı Cənubi Koreyaya çatdığı vaxt açıqlanıb. Məktubda ABŞ dövlət başçısı dünyanın ehtiyat valyutası olan ABŞ dollarının güclənməsinin Amerikanın iqtisadi qüdrətindən asılı olduğunu yazır. Prezident nəhəng ticari gəlirləri və defisitləri olan ölkələrin davamlı iqtisadi artımı saxlamaq üçün dəyişiklik etməli olduqlarının vacibliyini bildirir. Sabah işinə başlayacaq sammitin gündəliyində ticarət balansları və valyuta mübadiləsi faizləri əsas məsələlər kimi yer alır.

XS
SM
MD
LG