ABŞ prezidenti Barak Obama müxalif respublikaçılarla vergilərin ixtisarı və işsizlik imtiyazlarına dair qanun layihəsi ilə bağlı kompromis əldə edib. Kompromisə Konqresin 2001-ci ildə sabiq prezident Corc Buşun hakimiyyəti dövründə təsdiq etdiyi vergi qanunu ilə bağlı bir həftə davam edən debatlardan sonra nail olunub. Razılığa əsasən işsizlərin təzminat müddəti 13 aya qədər uzadılmalıdır. Respublikaçılar ən zəngin 2 faiz və orta sinif amerikalıların vergi ödənişləri müddətinin uzadılmasını istəyir. Barak Obama kompromisin bəzi müddəalarından razı qalmadığını bildirib.