Bu gün ABŞ diplomatı Riçard Holbrukun anım mərasimi keçirilir. Amerikanın Pakistan və Əfqanıstan üzrə xüsusi nümayəndəsi keçən ay 69 yaşında dünyasını dəyişib. Holbruk 1995-ci ildə Bosniya müharibəsinə son qoyan Dayton sülh müqaviləsinin əldə edilməsi ilə yadda qalıb. O, 1962-ci ildən, Vyetnam müharibəsi dövründən indiyədək Amerikanı dünyada təmsil edib. Anım mərasimində ABŞ prezidenti Barak Obama da iştirak edəcək.