Accessibility links

Kosovo yeni hökuməti təşkil etməlidir


Kosovo yeni hökuməti təşkil etməlidir
Kosovo yeni hökuməti təşkil etməlidir

Kosovonun baş naziri HaşımTaci ölkənin müstəqillik əldə etməsindən bəri ilk dəfə keçirilən parlament seçkilərində qələbə əldə etdikdən sonra yeni hökumətin təşkili ilə bağlı ciddi müzakirələr qarşısındadır. Seçkilərin dünən elan edilən nəticələrinə görə,Tacinin Demokrat Partiyası səslərin 34 faizini əldə edib. Partiyanın koalisiya partnyoru Kosovonun Demokrat Liqası 24 faiz səs toplayıb. Beləliklə baş nazirin partiyası 120 yerli parlamentin ən böyük bloku kimi təmsil edilir. Ötən ay parlamentdə etimad rəyi qazana bilməyən hökumətin dağılmasından sonra baş nazir növbədənkənar seçkilər keçirilməsinə məcbur olmuşdu.

XS
SM
MD
LG