Accessibility links

Məhəmməd Xatəmi: Heç kəsin xalqı azad seçkidən məhrum etməyə haqqı yoxdur


Məhəmməd Xatəmi: Heç kəsin xalqı azad seçkidən məhrum etməyə haqqı yoxdur
Məhəmməd Xatəmi: Heç kəsin xalqı azad seçkidən məhrum etməyə haqqı yoxdur

İran müxalifəti 2012-ci il parlament seçkilərində iştirak edəcək. Cənab Xatəmi deyir ki, hamının seçkilərə qatıla bilməsi üçün ölkədə açıq siyasi atmosfer olmalı, universitetlərdə və digər qurumlarda azad dəyirmi masaların keçirilməsinə şərait yaradılmalı, partiyaların fəaliyyəti azad olmalı, konstitusiyaya riayət edilməli və həbslərə son qoyulmalıdır.

İyulun 19-da Şiraz Universitetinin tələbələri ilə görüşən İranın keçmiş prezidenti Məhəmməd Xatəmi islahat tərəfdarlarının növbəti parlament seçkisinə qatılmaq üçün şərtlərindən danışıb. Seçki 2012-ci ilin martında keçiriləcək.

“Media forum” saytının məlumatına görə, Məhəmməd Xatəmi deyib ki, ölkənin indiki qapalı siyasi atmosferinin dəyişməsi üçün həbslərə son qoyulmalı, siyasi məhbuslar azadlığa buraxılmalıdır: “Bu gün hakimiyyətdə elə cərəyan və şəxslər var ki, başqalarını söyüb onlara böhtan atmaqdan, tutatutdan və kimlərinsə şəxsiyyətini təhqir edib ona xələl gətirməkdən başqa işi yoxdur. Təəssüflər olsun ki, bu işlərlə məşğul olanlar həm də toxunulmazdır.

Seçki bizim hüququmuzdur. Etirazımız olsa da, heç kəsin xalqı azad seçkilərdən məhrum etməyə, onu müəyyən bir siyasi cərəyanın inhisarında saxlamağa haqqı yoxdur. Hamının seçkilərə qatıla bilməsi üçün ölkədə açıq siyasi atmosfer olmalı, universitetlərdə və digər qurumlarda azad dəyirmi masaların keçirilməsinə şərait yaradılmalı, partiyaların fəaliyyəti azad olmalı, konstitusiyaya riayət edilməli və həbslərə son qoyulmalıdır.

Müxtəlif şəxsiyyətlər, partiya və qruplar da belə hesab edirlər ki, əgər seçkini keçirənlər bitərəf qalsalar, təhlükəsizlik qurumları və hərbi qüvvələr seçki prosesinə müdaxilə etməsə, xalqın və partiyaların müstəqil nümayəndələrinin azad şəkildə seçkiyə qatıla bilməsi üçün imkan yaradılsa, canlı və təyinedici bir seçki keçirmək mümkün olar. Nəzərə almaq lazımdır ki, azad seçkilər olmadan demokratiyanın mənası yoxdur. Həmçinin sağlam seçkilər olmadan da azadlığın mənası yoxdur. Bu gün daxili problemlərin və xarici düşmənin təhdid etdiyi ölkənin yeganə qurtuluş yolu inqilab dəyərlərinə, konstitusiyanın ruh və mahiyyətinə qayıtmaq, ölkədə açıq siyasi atmosferə şərait yaratmaqdır”.

XS
SM
MD
LG