Accessibility links

Misirdə iğtişaş


Misirdə iğtişaş
Misirdə iğtişaş

Misir təhlükəsizlik xidmətinin rəsmiləri yeni kilsəni bitirməyə icazə verilmədiyinə görə etiraz aksiyası keçirənlər arasında bir nəfərin öldüyünü, bir neçə adamın yaralandığını xəbər verib. Bu gün 150 adam iğtişaş polisi ilə toqquşub. Nümayişçilər polis zabitlərinə daş atıblar, onlar isə cavabında gözyaşardıcı qazdan istifadə ediblər. 20-dən çox nümayişçi həbs edilib. İğtişaşlar Qahirənin civarında yerləşən Giza qəsəbəsində polisin yerli icmaya kilsə tikmək üçün icazə verilmədiyini bildirərək, inşaat işlərini dayandırdıqdan sonra başlayıb. Xristianlar Misirdə əhalinin 10 faizini təşkil edir. Onlar tez-tez müsəlman çoxluq tərəfindən ayrı-seçkiliyə məruz qaldıqlarınndan şikayətlənir.

XS
SM
MD
LG