Accessibility links

NATO Liviyanın milli tele-radio şəbəkəsi yaxınlığındakı əraziləri bombardman edib


NATO Liviyanın milli tele-radio şəbəkəsi yaxınlığındakı əraziləri bombardman edib
NATO Liviyanın milli tele-radio şəbəkəsi yaxınlığındakı əraziləri bombardman edib

Liviya hökumətinin bildirdiyinə görə, NATO-nun hava qüvvələri milli tele-radio şəbəkəsi yaxınlığındakı əraziləri bombardman edib. Həmin vaxt Liviya lideri Müəmmər Qəzzafi televiziya vasitəsi ilə xalqa müraciət etməli idi. Hökumət NATO-nun hücumlarının Qəzzafiyə qarşı olduğunu vurğulayıb. Bir saat yarım davam edən çıxışı zamanı Qəzzafi hakimiyyətdən əl çəkməyəcəyinə and içib. O,müxalifəti və NATO-nun hücumları ilə əlaqəsi olan ölkələri dialoqa çağırıb. Kompromis vaxtının keçdiyini deyən müxalifət isə dialoqu rədd edir. NATO da Qəzzafinin cağırışlarını rədd edərək, nə qədər ki, Liviya xalqı təhlükədədir, hücumlarını davam etdiriləcəyini bildirib.

XS
SM
MD
LG