Fransa prezidenti Nikolya Sarkozi bu gün hökumətin istefasından sonra Fransua Fiyonu yenidən baş nazir vəzifəsinə təyin edib. Sarkozi ofisinin verdiyi bəyanatda deyilir ki, prezident baş nazirdən yeni hökumətin təşkilini istəyib. Dünən istefa verən hökumət prezidentə kabinetdə yerdəyişmələr imkanı yaradıb. Nikolya Sarkozi hələ iyun ayında pensiya sistemində islahatları təsdiq edən kabinetdə dəyişiklik etmək istədiyini bildirmişdi. Keçən ay qanun Fransa parlamentinin hər iki palatsının təsdiqini əldə etmişdi. Minimum pensiya yaşını 60-da 62-yə, tam pensiya yaşını isə 65-dən 67-yə qaldıran qanun Fransa boyu tətillərə yol açmışdı.