Accessibility links

Robert Geyts:"Amerika Asiya ölkələrində hərbi mövcudluğunu genişləndirəcək"


Robert Geyts:"Amerika Asiya ölkələrində hərbi mövcudluğunu genişləndirəcək"
Robert Geyts:"Amerika Asiya ölkələrində hərbi mövcudluğunu genişləndirəcək"

ABŞ-ın müdafiə naziri Robert Geyts Amerikanın Asiya ölkələrində hərbi mövcudluğunun genişləndiriləcəyini və Avstraliyanın silahlı qüvvələri ilə əlaqələrin dərinləşdiriləcəyini bəyan edib. Cənab Gets bildirib ki, iki müttəfiq ölkə arasında hərbi əməkdaşlıq Avstraliyanın müdafiə və xarici işlər nazirləri ilə müzakirələrin mərkəzində yer alacaq. Əfqanıstanla bağlı ABŞ-ın müdafiə naziri gələn ilin iyun ayından qüvvələrin ölkədən çıxarılmağa başlayacağını, lakin qüvvələrin ixtisarının siyasi motivlər deyil, vəziyyətə əsaslanacağını deyib.

XS
SM
MD
LG