Accessibility links

R.T.Ərdoğan:İsrail üzr istəməyincə, o ölkə ilə münasibətlər düzəlməyəcək


R.T.Ərdoğan:İsrail üzr istəməyincə, o ölkə ilə münasibətlər düzəlməyəcək
R.T.Ərdoğan:İsrail üzr istəməyincə, o ölkə ilə münasibətlər düzəlməyəcək

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan deyib ki, İsrail 2010-cu ildə Qəzzaya yardım daşıyan gəmilərə qarşı hücuma görə üzr istəməyincə, o ölkə ilə münasibətlər düzəlməyəcək. Baş nazirin bəyanatı İsrailin baş nazirinin Amerika rəsmilərinə üzrxahlıq etməyəcəyini deməsindən bir necə saat sonra səslənib. Bu gün müxbirlərlə danışan Ərdoğan bildirib ki, Türkiyə bu tələbindən əl çəkmək niyyətində deyil. Diplomatik qarşıdurma BMT-nin flotiliya qalmaqalı ilə bağlı istintaqın nəticələrini açıqlamağa hazırlaşdığı vaxt baş verir. Israilin 2010-cu ilin may ayının 31-I Mavi Mərmərə gəmisinə hücumu nəticəsində 9 türk fəal öldürülmüşdü.

XS
SM
MD
LG